• $
  • £

Bakıya qar yağacaq, 2 dərəcə şaxta olacaq

Bakıya qar yağacaq, 2 dərəcə şaxta olacaq
24.01.2020 18:43
25 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 25-də Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 18:11
Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Cəmiyyət 18:08
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal aşkarlandı
Cəmiyyət 17:21
Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal aşkarlandı
Ağdama köçən 117 ailəyə mənzillərin açarları verilib
Cəmiyyət 17:06
Ağdama köçən 117 ailəyə mənzillərin açarları verilib
Məşhur turizm şirkətinin rəhbəri Polşada saxlanılıb
Cəmiyyət 16:40
Məşhur turizm şirkətinin rəhbəri Polşada saxlanılıb
"myGov" istifadəçilərinin sayı 4 milyona çatıb
Cəmiyyət 15:20
"myGov" istifadəçilərinin sayı 4 milyona çatıb
Azərbaycanda balıq ovu mövsümü açıldı
Cəmiyyət 14:13
Azərbaycanda balıq ovu mövsümü açıldı
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:46
Sabahın hava proqnozu açıqlanıb
Sabah bəzi rayonlarda leysan və dolu gözlənilir
Cəmiyyət 13:42
Sabah bəzi rayonlarda leysan və dolu gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol