• $
  • €
  • ₽
  • ₺
  • £

Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...

Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...
28.01.2020 21:57
Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.  
Sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) "Qafqazinfo”ya müraciə edib. 
Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb: 

"24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur”. 
Tural bildirib ki, Uhan şəhərində yanvarın 23-ü yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub: 
"Bu tarixə qədər şəhərdə yaşayan azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə, Uhanda 6 vətəndaşımız var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub, bu da virus yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur. 
Kampusda marketlər hazırda qısa iş qrafikində çalışır, cəmi 4 saat. Qaldığım kampusda 2 yeməkxana fəaliyyətini davam etdirir və ora həm yerli əhali, həm də xarici tələbələr gəlir. Onu da qeyd edim ki, kampusa da giriş-çıxış tələbə kartı ilə mümkündür, karantindən əvvəl isə sərbəst rejim tətbiq olunurdu 
Özümü normal hiss edirəm, yaxşıyam. Hər gün kampusda qidalanıram. Hər gün hərarətimi yoxlayıram, ancaq hələ ki, müayinə etməyiblər”. 
Tələbə bildirib ki, 24 yanvar tarixindən səfirliklə sıx və birbaşa əlaqədədirlər. Hazırda Uhanda yaşayan vətəndaşlarımızın təxliyyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir: 
"Böyük ehtimal Uhanı tərk etsək, digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazımdır. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Burada əsas məsələ səhiyyəmizə olan etibarın aşağı səviyyədə olmasıdır.  Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm. 
Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa baş ağrısı, ürəkbulanması və digər simptomların olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Bunu nəzərə alaraq, karantin proseduru və şəraiti barədə Səhiyyə Nazirliyinin rəsmi saytda aydın şəkildə məlumatın yerləşdirilməsində ehtiyac var. Bu həmçinin Çində təhsil alan və çalışan azərbaycanlılar və onların ailələri, yaxınları üçün də mühüm məlumatdır. 
Fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməsi Çində təhsil alan tələbələrin qısa müddətdə təxliyyə olunması və yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması barədə müvafiq dövlət qurumlarına göstəriş verməsini xahiş edirəm”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol