• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Çindəki tələbələrimizlə bağlı AÇIQLAMA

XİN-dən Çindəki tələbələrimizlə bağlı AÇIQLAMA
01.02.2020 17:30
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu ilin 1 fevral tarixində Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uhan şəhərindən təxliyyə edilib”. 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilib. 
 
Qeyd edilib ki, təyyarənin bu gün axşam saatlarında Türkiyə ərazisinə enməsi gözlənilir :
 
"Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir”.
 
Uçuşdan öncə təxliyyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar.
 
Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol