• $
  • €
  • ₽
  • ₺
  • £

9 yaşlı uşaq: “Anam, nənəm, dayım məni pol ağacı və dəmirlə döyürdülər” - VİDEO

9 yaşlı uşaq: “Anam, nənəm, dayım məni pol ağacı və dəmirlə döyürdülər” - VİDEO
12.02.2020 17:59
Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlaması haqda xəbərin təfərrüatı məlum olub. 

Anews.az "qafqazinfo”ya istinadla xəbər verir ki, 9 yaşlı T. Dünyamalızadənin anası, Azad Qaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduğunu və uşağın atasının aliment ödəməməsi üçün ona şər atdığını bildirib:

"2010-ci ildə Laçın rayonundan məcburi köçkün Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Rəsmi olaraq ayrılmasaq da, bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda işə rayon məhkəməsində baxılır. Yayılan xəbərlər tamamilə əsassızdır və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır”.

Uşağının üstündəki izləri göstərən ata Rafiq Dünyamalıyev uşağının dəfələrlə döyüldüyünü qeyd edib: "Bu yazığın nə günahı var? Belinə ağacla vurublar. Sizdən qabaq mənə hədə-qorxu gəlirdilər. 9 yaşı var, hələ sünnət olunmayıb”.

Azyaşlı isə açıqlamasında anası ilə yanaşı, həm də nənə və dayısının da onu döydüyünü söyləyib: "Ondan (anasından) kotlet istədim, mənə dedi ki, həyətdən peyin daşıyım, bişirəcək. Biz dalaşdıq və o da dayımla mənə şiş basdı. 3 gecə yata bilmədim, maz da vurmadı. Sonra atama zəng vurdum ki, gəlib məni aparsın. Pol ağacı, dəmirlə məni döyürdülər, başıma vururdular. Hər üçü (anası, nənəsi, dayısı) məni döyüb”.

Uşağın nənəsi Kamilə Quliyeva da onlara qarşı şər atıldığını bildirib: "Rafiq məhkəmədə də demişdi ki, həbs olunsa belə aliment verməyəcək. Uşağı bizdən almaq istəyir”.

Xatırladaq ki, 2011-ci il təvəllüdlü T. Dünyamalızadənin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrindən qızmar şiş ilə dağlandığını bildirib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsiylə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol