• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəhid ailəsinin evi yandı

Azərbaycanda şəhid ailəsinin evi yandı
14.02.2020 16:04
Quba rayonu Qarxun kəndində baş verən yanğında maddi zərər görmüş ailələrə yardım edilib.

Bu barədə Oxu.Az-a Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, Qarxun kəndində baş verən yanğında 3 ev yanaraq kül olub:

"Fevralın yeddisi rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndində ot tayasından başlayan yanğın geniş əraziyə yayılıb. Hadisə nəticəsində üç yaşayış evi, altı tövlə və dörd ot tayası yanıb. Ailələrə dəymiş ziyanın müəyyən hissəsi İcra Hakimiyyətinin daxili imkanları hesabına ödənilib. Hadisə yerinə baş çəkən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yanğın zamanı zərərçəkən ailələrə yardım ediləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar kənddə hər hansı tədbir görmək olmur. Ucqar dağ kəndidir. Hava şəraiti bir qədər normallaşdıqdan sonra ərazidə zəruri işlərin görülməsinə başlanılacaq. Ucqar dağ kəndində ailələrin çoxu heyvandarlıqla məşğuldur. Müvəqqəti olaraq ot alınması üçün ailələrə müəyyən məbləğdə pul ödənilib. Bütün bunlar icra hakimiyyətinin diqqətində saxlanılır. İstər şəhid ailəsi olsun, istərsə də digər şəxslər, hadisə nəticəsində maddi ziyan dəymiş ailələrin hər birinə yardım göstəriləcək".

Xatırladaq ki, fevralın 7-si rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndindəki yanğın ot tayasından başlayıb. Qısa zamanda genişlənən alov yaxınlıqdakı evlərə keçib. Nəticədə 100 və 80 kvadratmetr olan iki ev, sahəsi 100 kvadratmetr olan digər evin 30 kvadratı, eləcə də ümumi sahəsi 120 kvadratmetr olan 6 tövlə və 4 ot tayası yanıb.

Yanğın hadisəsində yanan evlərdən biri də şəhid Bayramov Famil Rafiq oğlunun ailəsinə məxsus olub. Famil 1994-cü il yanvarın 20-də Tərtər uğrunda gedən döyüşlərdə şəhid olub. Ev yananda şəhidin bütün xatirələri də yanıb kül olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol