• $
  • €
  • ₽
  • ₺
  • £

MİDA güzəştli mənzillərin əldə edilməsi imkanlarını genişləndirib

MİDA güzəştli mənzillərin əldə edilməsi imkanlarını genişləndirib
14.02.2020 21:00
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin əldə edilməsi imkanları genişləndirilib.

"APA-Economics"in MİDA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 935 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilib.

Qanunvericilikdə edilmiş bu dəyişikliyin əsas məqsədi mənzillərin əvəzlənməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda "Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.

Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılıb və bu günədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olub.

Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol