• $
  • €
  • ₽
  • ₺
  • £

“ART” restoranında müştəriyə qarşı hesab qalmaqalı

“ART” restoranında müştəriyə qarşı hesab qalmaqalı
16.02.2020 22:00
Hokm.az xəbər verir ki, Bakı şəhərinin mərkəzində yerləşən "ART Restoran”ı Emin Quliyev adlı müştəriyə qarşı hesabda fürsətçillik və dələduzluq edib. Eyni zamanda müştəriyə sadə qəbz verməklə kassanın mədaxil qəbzi təqdim etməyərək vergidən yayınması halı da müşahidə olunub. Etdikləri fırıldaqçılığa baxmayaraq özünü restoranın idarəçisi kimi təqdim edən şəxsin müştəri ilə kobud və əsassız danışması, turzim şəhəri olan Bakı üçün heç də qəbul olunası hal deyil.


Şikayətçi Emin Quliyevin paylaşdığı mətni sizlərə olduğu kimi təqdim edirik:

Hər birinizin xəbərinin olması üçün bunu paylaşıram! Sizdə paylaşın bütün hərkəsin məlumatı olsun, tanısın buranı.

Deməli, az öncə axşam yeməyi üçün şəhərin mərkəzində ART restoran adlı bir məkana daxil oldum. Yemək üçün birşeylər sifariş verdim. Hərşey normal idi hesab gələnə kimi. Hesab gələrkən qarşılaşdığım mənzərəylə bağlı ofisiantı çağırdım ki, niyə burda əlavələr var? Bildirdi ki, onu müdiriyyətə deyin. Yəni bu baş kəsmək söhbətlərinə müdiriyyət baxır. Müdiriyyət gəldi.

• Bildirdim ki, mən Qaban kababı sifariş vermişəm. Yanında kartof lülə gətirmisiniz. Mən bunun bir yerdə olduğun düşünmüşəm. Amma siz hesaba əlavə etmisiniz.
• Aciqa istəməmişəm. Bir aciqa gətirib hesaba 2 aciqa yazmısınız.
• Pomidor xiyar göyərti istəməmişəm. Gətirmisiniz və hesabda hər birinə ayrı ayrılıqda qiymət yazmısınız.
• 2 stəkan çay istəmişəm. Gətirmisiniz və üstündə əlavə 3 ədəd Rafaello ilə. Və yeməkdən sonra çayıda, Rafaellonuda hesaba əlavə etmisiniz.

Müdiriyyətin cavabı. Siz soruşmalıydız bunları. Sizin günahınızdır. Yəni ki, incimə bizdə qoyha qoydu. Bildirdi ki, biz kababı tək vermirik. Yanında kartof lülə ilə veririk. Dedim mənə niyə deyilmədi? Deyir siz soruşmalı idiniz. Dedim mənə deyilsəydi ki, Rafaello ödənişlidir bəlkə mən mürəbbə seçəcəydim? Dedi ki, soruşmalıydız. Bildirdim ki, mən büdcəmə uyğun sifariş vermişəm. Bəlkə bu yazdıqlarınıza gücüm çatmayacaqdı? Dedi siz soruşmalıydınız. Xahiş etdim ki, zəhmət olmasa hesaba düzəliş edəsiniz. Özünü rəhbər kimi təqdim edən şəxs bildirdi ki, ancaq Rafaellonun və əlavə yazdığımız 1 aciqanın ödənişin çıxa bilərəm. Və 35 manat ödüyəcəksiz. Bir daha bildirdim ki, digərlərini də çıxın. Nəhayət uzun müzakirədən sonra rəhbərlik dediki heçnə çıxmıram. 39 manatda ödüyəcəksiz. Dedi və gözəl xidmətiylə bizim masanı tərk elədi. Bir daha ofisiantı çağırdım və bildirdim ki, bu hesabı aparın düzəldin gətirin. Bu dəfə ofisiant yenə 4 manatı silib 35 manat ödəməli olduğumu bildirdi. Nəysə belələrinə vaxt itirməməyim üçün ödədim çıxdım ordan.

Vaxtının, sağlamlığının dəyərini bilənlər mütləq şəkildə bu məkandan uzaq olun. İnsanlara çörək gəldi gözüylə baxanlardan uzaq olun. İnşallah bu xidmətinizlə, bu yanaşmanızla belə mənfi rəyləriniz çox olar. Restoranın sözü bu idi ki, biz sifariş verdiyin yeməyin içində digər yeməkləridə əlavə edirik. Heç bir məlumat vermədən sonra hesabda gəlir. Etiraz edəndə dedikləri: Yeməzdin, soruşardın. Ümumiyyətlə nə qədər bildirsəm ki, bu şeylərə görə mənə məlumat verilməliydi ki, kababın yanında filan şey verəcik əlavə ödənişlə, çayı rafaello ilə verəcik ödənişlə. Sanki öz özlüyümdə düşündümki, Aldığım cavab kankret olaraq belə oldu: Soruşardın, sən loxsan ona biz neyniyək?

Ps. Yaxşı ki,kababın üzərində gələn soğanıda hesaba vurmayıblar. Vursaydılar hərşey olardı əla.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol