• $
  • €
  • ₽
  • ₺
  • £

"Qaçqınkom" 70-dən çox məcburi köçkün ailəsini MƏHKƏMƏYƏ VERDİ

"Qaçqınkom" 70-dən çox məcburi köçkün ailəsini MƏHKƏMƏYƏ VERDİ
17.02.2020 14:01
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib.

Anews.az "report”a istinadla xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir:
 
 "Bəzi hallarda məcburi köçkün ailəsi evi aldıqdan sonra orda yaşamır. Belə faktlar var. Təbii ki, həmin məcburi köçkünlərin məhz hamısının evi olduğuna görə Dövlət Komitəsinin verdiyi mənzillərdə yaşamadıqlarını söyləmək doğru olmazdı. 
 
Bəzi hallarda uşağın təhsili ilə bağlı və yaxud xəstəsi olduğuna görə həmin mənzillərə köçməyib gedib kirayədə yaşayanlar var. Amma məsələ ondadır ki, məcburi köçkünlərə mənzillər verildikdə, onlarla müqavilə bağlanır. Müqavilədə qeyd olunur ki, əgər məcburi köçkün evi alandan sonra 3 ay müddətinə ora köçmədisə, ev ondan geri alınır. Bunun da prosedur qaydası var. Biz belə hal olanda məhkəməyə müraciət edirik və məhkəmə yolu ilə həmin mənzil geri qaytarılır.

Hazırda məcburi köçkünlərin evlərinin boşaldılması ilə bağlı 70-dən çox məhkəmə işi var. Onu da deyim ki, bizim məhkəməyə müraciət etmədən boşaltdığımız evlər də var. Çünki proses belədir ki, məhkəməyə müraciət etməmişdən öncə həmin məcburi köçkünün özünə deyirik, danışıq aparırıq, vəziyyəti izah edirik. Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə verilir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol