• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Fondunun yeni idarələri yaradıldı

Dövlət Fondunun yeni idarələri yaradıldı
17.02.2020 23:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.

Lent.az -a nazirlikdən verilən məlumata görə, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.

Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə "Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.

Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək.

Nazirliyin əmri ilə həmçinin Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.

Bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol