• $
  • €
  • ₽
  • ₺
  • £

“Çal-çağırı yığışdırsınlar” - MTRŞ

“Çal-çağırı yığışdırsınlar” - MTRŞ
01.08.2014 14:00

Cəbhə xəttində milli ordumuzun 8 şəhid verməsi xalqımızı çox sarsıdıb.

İctimaiyyətin güzgüsü olan telekanallarımızın bu hüznlü gündə proqrama dəyişiklik etməməsi ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.

ANN.Az xəbər verir ki, Movqe.az  məsələyə münasibət öyrənmək üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb. T. Dadaşov bildirib ki,  bu məsələdə telekanallar özləri həssas olmalıdırlar: "Biz də bu məsələdə telekanallara tövsiyyə verə bilərik. Amma telekanallar özləri bunu başa düşüb çalışmalıdırlar ki, proqrama dəyişiklik etsinlər. Əlbəttə proqrama dəyişiklik etmək elə də asan deyil. Amma nəzərə almaq lazımdır ki, bu ümumilli məsələdir. Eyni zamanda həssas durumdur. Söhbət vətəndən, təmas xətində həyatını qurban verən şəhidlərdən gedirsə çalışmalıdırlar ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. Yəni bu məsələ telekanalların özlərinin mərifət qanacağına qalıb".  Qeyd edək ki, hazırda telekanalların əksəriyyətində əyləncəli verilişlər davam edir. Ermənilərlə təmas xətindən isə qara xəbərlər gəlməkdədir. Müdafiə Nazirliyi vətən yolunda şəhidlik zirvəsinə ucalanların adlarını açıqlayır. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol