• $
  • €
  • ₽
  • ₺
  • £

OMD-də dəhşət: Bir gecədə 2 uşaq öldü

OMD-də dəhşət: Bir gecədə 2 uşaq öldü
19.02.2020 18:52
Bakıda 18-dən 19-na keçən gecə 2 körpə xəstəxanada ölüb.


Qaynarinfo xəbər verir ki, bu barədə BAKU.WS-ə vətəndaşlar bildiriblər. Çoxsaylı müraciətlərdə qeyd edilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 uşaq ölüb.


Qeyd edilir ki, ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Həmin uşaqlar da bu xəstəliyə tutulubmuşlar və ondan ölüblər.


Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əlaqə saxladıq. Xəstəxanadan bildirdilər ki, həqiqətən də, 18-19 fevral 2020 tarixlərində 2 xəstə yenidoğulan körpə vəfat edib.


Belə ki, 14 günlük uşaq 07.02.20 tarixdə 5 saylı doğum evindən gətirilib. Ona bətndaxili infeksiya, pnevmoniya, periventrikulyar və subkortikal leykomalyasiya, yayılmış damardaxili laxtalanma sindromu diaqnozu qoyulub.


İkinci uşaq isə 1 aylıq olub. O, 17.02.20 tarixdə Balakən rayonu sakini Bakı şəhəri 2 saylı uşaq poliklinikasının göndərişi ilə daxil olub.


Uşağın diaqnozu - bətndaxili infeksiya, fetal hepatit, hepatosplenomeqaliya, NEK, yayılmış damardaxili laxtalanma sindromu olub.
Uşaqların ümumi vəziyyətləri daxil olan andan çox ağır qiymətləndirilib.


Klinikada hərtərəfli müayinələrdən keçiblər. Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alırdılar.


Ölkədə uşaqlar arasında xəstəlik yayılmasına gəlincə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev sayta açıqlamasında hazırda uşaqlar arasında mövsümi xəstəliklərin olduğunu bildirib.


"Bizim xəstəxanaya da müraciət edənlərin sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.
Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir", - deyə Nəsib Quliyev bildirib.


Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:


"Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli havada bir az nazik, soyuqda isti geyinsinlər. Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Cəmiyyət 18:49
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol