• $
  • €
  • ₽
  • ₺
  • £

Həmkarlar İttifaqının idarə rəisi işçini təhdir edir - SƏS YAZISI

Həmkarlar İttifaqının idarə rəisi işçini təhdir edir - SƏS YAZISI
20.02.2020 18:15
Anews.az-a  Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutundan səs yazısı daxil olub.

Səs yazısının insitut yanında fəaliyyət göstərən həmkarlar ittifaqının rəhbəri Eldar Ələsgərova aid olduğu bildirilir.

Səs yazısından məlum olur ki, insitutun "Texniki bitkilərin seleksiyası” şöbəsində olan problemlərlə bağlı bir elmi işçinin Kənd Təsərrüfatı Naziriliyinin qaynar xəttinə dəfələrlə müraciət etməsindən sonra, insitut yanında həmkarlar ittifaqının rəhbəri Eldar Ələsgərov onu işdən çıxartmaqla hədələyir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Həmkarlar İttifaqının sədri Fuad Məmmədovla danışdıq.

Fuad Məmmədov bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

"Həmkarlar İttifaqının rolu işçini müdafiə etmək, qorumaqdır. Məsələ ilə bağlı məlumatımız yox idi, lakin araşdırma aparılacaq”, - deyə Kənd Təsərrüfatı Nazirliyi yanında Həmkarlar İttifaqının sədri Fuad Məmmədov bildirib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyir ki, Azərbaycan Əmək məcəlləsinin 309-cu maddəsinə əsasən, idarə və müəssisələrdə bu məcəllənin icra edilməsinə ictimai nəzarəti keçirən Azərbaycan Həmkarlar İttifaqıdır.

Onun sözlərinə görə, çox təəssüf ki, Həmkarlar İttifaqı işəgötürənin qeyri-rəsmi strukturu olub.

"Biz o vaxt ona nail olduq ki, Əmək Məcəlləsində dəyişiklik oldu və qeyd olundu ki, Həmkarlar İttifaqının razılığı olmadan işəgötürən işiçisini işdən azad edə bilməz. Lakin indi Həmkarlar İttifaqı işəgötürənin qeyri-rəsmi strukturu olduğuna görə, Həmkarlar İttidaqı işçinin yox, işə götürənin yanında olurlar, rahatlıqla razılıq verirlər işçinin işdən azad olunmasına. Bu da sonradan ona gətirib çıxardır ki, işçi sabah işdən çıxarıldığına görə işəgötürəni məhkəməyə verdikdə, məhkəmə Həmkarlar İttifaqının rəyin nəzərə alıb işçini günahkar çıxardır. Lakin, bütün hallarda işçi dərhal Əmək müfəttişliyinə müraciət etməlidir və lazım olduqda işəgötürəni də, Həmkarlar İttifaqını da məhkəməyə verə bilər. Belə praktika var.

Bu günlərdə redaksiyamıza  Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutundan şikayət daxil olmuşdu.

Anews.az-a müraciət edən şikayətçi bildirmişdi ki, "Texniki bitkilərin seleksiyası” şöbəsində dəfələrlə oğurluq hadisələri olur, işçilər tədqiqat işlərini yerinə yetirmirlər, eyni zamanda qadınlar iş vaxtı içki qəbul edirlər.

Şikayətçi demişdi ki, yaradılan pambıq sortları saxtalaşdırılır: "Bu şöbənin attestasiyasını Sahib Cabbarov bir qonaqlıqla saxtalaşdırır”.

Onun sözlərinə görə, səsini çıxardan işçilərə isə 25-30 imza ilə akt tərtib edərək işdən çıxartmaqla təhdid edilir: "İşçilərə zorla izahat yazdırırlar. Akta imza çəkməyən işçiləri şöbələrini dəyişdirmək və ya işdən çıxartmaqla təhdid edirlər”.

Səs yazısını sizə təqdim edirik:


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol