• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın təxribatının qarşısı alındı

Ermənistanın təxribatının qarşısı alındı
23.02.2020 18:16
"ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında "Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, Azərbaycanda, Ukraynada, Belarusda, Özbəkistanda keçirilmiş seçkilərlə əlaqədar ilkin hesabatın dinlənilməsi, ”, "ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə”, terrorçuluğa qarşı mübarizədə ölkələr arasında əməkdaşlığın yeni formatlarının tapılması diqqət mərkəzində oldu”.
 
BauPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, fevralın 20-də Daimi Komitənin iclası keçirilib: "Biz elə ilk iclasda təxribatla üzləşdik. İclasda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri martın 31-də tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası”nda seçkilərin keçiriləcəyini bildirdi, ATƏT-ə həmin seçkiləri müşahidə etmək üçün dəvətdən danışdı. Mən bu çıxışdan sonra söz aldım. Çıxışımda artıq Azərbaycanda parlament seçkilərinin keçirildiyini, bu seçkilərin Azərbaycan ərazisində yeganə qanuni seçki olduğunu, bu seçkilərin ATƏT-in hesabatlarında əksini tapdığını bildirdim. Qeyd etdim ki, qəbul olunmuş standartlara görə, seçkilər ölkə ərazisində o zaman qanuni sayılır ki, ölkənin Konstitusiyasına, o cümlədən ATƏT-in hər bir üzvünün, həmçinin Ermənistanın qəbul etdiyi Kopenhagen öhdəliklərinə uyğun olmalıdır. Buna görə də Ermənistan nümayəndə heyətinin rəhbərinin haqqında danışdığı məsələ təxribat xarakteri daşıyır, Ermənistanın götürdüyü öhdəliklərə də ziddir. Xüsusi vurğuladım ki, Azərbaycanda keçirilən seçkilərdə artıq Dağlıq Qarabağın icması iştirak edib, parlamentə deputatlar seçiblər. Azərbaycan Mərkəzi Seçki Komissiyası da parlament seçkilərindən əvvəl Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını da seçkilərdə iştirak etməyə dəvət edib. Lakin işğalçı Ermənistan rejimi bu vətəndaşların həmin vətəndaşlarımızın parlament seçkilərində iştirakına şərait yaratmayıb. Daimi Komitədə çıxış edən ATƏT Parlament Assambleyasının prezidenti və baş katibi Azərbaycanda keçirilən parlament seçkiləri və bu seçkilər zamanı müsbət məqamların olduğunu qeyd etdilər. Azərbaycan hökuməti ilə ATƏT arasında da əməkdaşlığın müsbət məqamlar üzərində qurulduğunu, amma eyni zamanda da çatışmazlıqların həlli üçün Azərbaycan hökumətinin bəyanatını kifayət qədər yüksək qiymətləndirdiklərini vurğuladılar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol