• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta məlumat yayaraq xaosa səbəb olanları hansı cəza gözləyir? - QANUN

Saxta məlumat yayaraq xaosa səbəb olanları hansı cəza gözləyir? - QANUN
24.02.2020 12:34
Xəbər verdiyimiz kimi "Niquş" ləqəbli bir şəxs sosial şəbəkələrdə səs yazısı yayaraq koronavirusun Azərbaycanda da yayıldığının bildirib. Ancaq rəsmi qurumlar bunu təkzib edərək yayılan məlumatın yanlış olduğunu açıqlayıblar.

Bəs bu cür saxta məlumatlarla cəmiyyətdə xaosa səbəb olanlar məsuliyyətə cəlb oluna bilərmi? Bu barədə qanun nə deyir?

Hüquqşünas Şəmsəddin Əliyev məsələ ilə əlaqədar "Yeni Sabah"a açıqlamasında belə şəxslərin məsuliyyətə cəlb oluna biləcəyini bildirib:

"Ümumiyyətlə, sosial şəbəkələrdə insanları narahat edən, vahiməyə səbəb olan yalan məlumatlar dərc olunanda bu məsələlər araşdırılıb hüquqi baxımdan qiymət verilir. Əgər sübut olunsa ki, bu məlumatların əsası yoxdur, mənbəyi bəlli deyil və cəmiyyətdə xaos yaratmaq məqsədi daşıyır, o zaman həmin şəxslər saxlanıla bilər. KİV haqqında qanun var, həm də jurnalistlərin özünün və çalışdığı orqanın reputasiyasını qorumaq niyyəti olduğu üçün mətbuat nümayəndələri saxta məlumat yaymaqdan çəkinir. Ancaq sosial şəbəkə çox genişdir və buraya nəzarət etmək daha çətindir. Ona görə də Azərbaycan vətəndaşı belə məsələlərə daha məsuliyyətlə yanaşmalıdır".

Hüquqşünas saxta məlumat yayaraq çaşqınlıq yaradan şəxsləri hansı cəzanın gözlədiyi barədə isə bunları deyib:

"Bunu demək çətindir. Araşdırma aparıldıqdan sonra artıq o, Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin müvafiq maddələri ilə cəzalandırla bilər. Əgər burada həqiqətən cinayət məsuliyyətli faktlar tapılarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən hüquq mühafizə orqanları dərc olunmuş məlumatlarla bağlı araşdırma apara bilərlər".

Xatırladaq ki, yerli mətbuat koronavirusla bağlı saxta məlumat yayan şəxsin saxlanıldığını və ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını yazıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol