• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tibbi maska qıtlığı yarandı

Azərbaycanda tibbi maska qıtlığı yarandı
24.02.2020 13:47
Azərbaycanda qoruyucu məqsədli tibbi maskalar qıtlığı yaşanır.

Koronavirusun İranda yayılmasından və insan tələfatı ilə nəticələnməsi fonunda Azərbaycanda tibbi maskaların çatışmazlığı problemi yaranıb.
"Yeni Sabah" xəbər verir ki, Bizimyol.info-nun əməkdaşı bu halla qarşılaşıb. Şəhərin mərkəzində fəaliyyət göstərən bir neçə aptekə baş çəkən jurnalistə əczaçılar "maksa yoxdur" deyiblər. Yalnız bir aptekdə tibbi maska tapmaq mümkün olub. O da məlum olub ki, 10 qəpiklik maskaların qiyməti isə 30 qəpik olub.

Əczaçılar maska qıtlığı ilə bağlı onlara ünvanlanan suallara cavab verməkdə çətinlik çəkiblər.

Tibbi maskaların qıtlığı və süni qiymət artımının qarşısını alınması ilə bağlı Səhiyyə Nazirliyinə ünvanlanan informasiya sorğusunda verilən cavabda bildirilib ki, aptek sahəsi özəl sahədir.

Xatırladaq ki, bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus (Covid-2019) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol