Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın baş verib - VİDEO

Şəki ərazisində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, avtomobil yolunun kənarlarında qeydə alınan yanğın nəticəsində dörd hektar ərazi yanıb.
Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində qatı tüstü avtomobillərin hərəkətinə çətinlik yaradıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























