Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT - Müəllimi açıqladı

Ötən gecə Bakı Bulvarında özünü dənizə ataraq intihar edən 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi olması barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, 22 yaşlı Nəzakətin müəllimi Elçin Əfəndi onun universitetə 667 bal toplayaraq daxil olduğunu bildirib: "O balı toplaması üçün əlimdən gələni etdim onun üçün, indicə atası ilə danışdım, meyiti tapılmır".
Qeyd edək ki, N.Rzazadədən sonra onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə atıb.
Qızın həyatını qurtarmaq istəyən gənci sudan bulvarın mühafizəçiləri çıxarıb. N.Rzazadənin ailəsinin onun B.Məmmədova ilə evlənməsinə imkan verməməsinə görə həyatına qəsd etdiyi bildirilir.
www.anews.az
























