• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi

Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi
27.02.2020 10:25
21 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) yeni "Smart tələbə kartı”nın təqdimat mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BMU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib. 

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun rektoru, professor Havar Məmmədov, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

"Bakı Mühəndislik Universiteti smart tələbə kartına keçən sayca ikinci ali məktəbdir. Ötən ilin noyabr ayında biz analoji tədbiri UNEC-də keçirdik. Yaxın zamanlarda ölkənin bir sıra ali məktəblərində də smart tələbə kartları təqdim ediləcək. Qeyd edim ki, bu kartlar vasitəsilə tələbələr təqaüdlərini almaqla yanaşı ödəniş kartlarının digər funksiyalarından da istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub”, - deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirib.

Tədbirin sonunda BMU-nun fərqlənən 20 nəfər tələbəsinə smart tələbə kartları təqdim edildi.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol