Türkiyənin Malatya şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. Anews.az "Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar saat 05:08-də şəhərin Pütürge rayonunda, yerin 7 km dərinliyində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar olmayıb.www.anews.az