Türk Hava Yolları Naxçıvana uçuşları dayandırdı

Türk Hava Yolları şirkəti koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvana uçuşları dayandırıb.
"Naxçıvana olan aviareysləri müvəqqəti olaraq dayandırmışıq. Bakı və Gəncəyə olan aviareyslər isə davam etməkdədir. Koronavirusla mübarizə çərçivəsində 250-dən çox təyyarə dezinfeksiya olunub”, - deyə o bildirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























