• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Wings for Life World Run – App Run Baku 2020” xeyriyyə qaçışı keçiriləcək

Bakıda “Wings for Life World Run – App Run Baku 2020” xeyriyyə qaçışı keçiriləcək
27.02.2020 16:50

Azərbaycanda dördüncü dəfə "Wings for Life World Run” xeyriyyə qaçışı "App Run” (tətbiq) formatında təşkil olunacaq. Tədbir, Su İdmanı Sarayının qarşısından 3 may tarixində yerli vaxtla 15:00-da başlayır. Qaçışda iştirak et.
 
"Wings for Life World Run” həm qaçanlar, həm də əlil arabası ilə iştirak edənlər üçün özünəməxsus dünya qaçışıdır. O, eyni zamanda bütün dünya üzrə onlarla ölkədə eyni tarixdə, eyni zamanda başlayacaq. Hər bir iştirakçı üçün finiş müxtəlif vaxtda və məsafədə olacaq. Çünki, finiş xətti iştirakçıların arxası ilə gəlib, onları yaxalayır.
 
Onurğa beyni zədələrin tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq. İanənin 100%-i bilavasitə "Wings for Life” fonduna onurğa beyninin həyat əhəmiyyətli tədqiqatlarını keçirmək üçün köçürüləcək.
 
Yürüşə qoşulmaq üçün ilk öncə smartfonuna "Wings for Life World Run” tətbiqini yüklə, qeydiyyatdan keç və ölkəmizdəki qaçışa yazıl. Qaçış başlandıqdan 30 dəqiqə sonra start xəttindən virtual yaxalama avtomobili yola düşəcək. Virtual avtomobil tədricən sürətini artırır və qaçanlara çatır. Virtual yaxalama avtomobili sənə çatdığı an – sənin şəxsi finişindir, bundan sonra sənin üçün qaçış bitir. "Wings for Life World Run” tətbiqi iOS və ya Android üçün ödənişsiz şəkildə mövcuddur.
 
3 may, 2020-ci il, Su İdmanı Sarayının qarşısı, 15:00-da. Tətbiqi yüklə və bizə indi qoşul. Tədbirin rəsmi tərəfdaşı Cinemaplus kinoteatrlar şəbəkəsidir.

"Wings for Life World Run” mobil tətbiqini yüklə:
iOS - https://apple.co/2HzatQT
Android - http://bit.ly/2J4IhST


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol