• $
  • €
  • ₽
  • ₺
  • £

“Məsti Xumar”ı oynayan qadın müəllim danışdı: “Yorğunluğumu çıxarırdım...”

“Məsti Xumar”ı oynayan qadın müəllim danışdı: “Yorğunluğumu çıxarırdım...”
29.02.2020 13:22
Bakıda məktəbdə "Məsti Xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
 
İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli sözügedən görüntünün ona aid olduğunu bildirib:
 
"Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm.Bu video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.
 
Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.
 
 
 
Yorğunluğumu, stresimi  çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?
 
Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.
 
Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib.
 
Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.
 
Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı. 20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar. Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Bu gün həmçinin dərs dediyim şagirdlərimdən ən yüksək vəzifələrdə çalışanları da qeyd etmək istəyirəm”.
 
Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: "Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”.Unikal.org

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol