• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərə reaksiya

DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərə reaksiya
01.03.2020 14:05
Daxili İşlər Nazirliyi aksiya zamanı qadının xəsarət alması iddiasına münasibət bildirib.

DİN-dən BakuPost.az-a verilən açıqlamada iddialar təkzib olunub.

Bildirilib ki, son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin (DİN) inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə məlumatlar yayılır.

"DİN nəzərə çatdırır ki, AXCP tərəfindən aldadılaraq və istiqamətləndirilərək 10-15 qadın həmin gün razılaşdırılmamış, qanunsuz aksiyaya cəhd göstərib. Onlardan bəzilərinin Azərbaycanlı xanıma xas olmayan tərzdə ictimai asayişi mühafizə edən polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmələrinə və əxlaqdan kənar hərəkətlər etmələrinə baxmayaraq polis əməkdaşları dözümlülük və təmkinlilik nümayiş etdirərək öz xidməti vəzifələrini yerinə yetiriblər. Bu zaman xəsarət alan və saxlanılan olmayıb. O ki qaldı, sosial şəbəkələrdəki səhifələrdə paylaşılan, üzündə xəsarət olan qadının fotolarına, oradan açıq-aydın görünür ki, bu fotolar ya montaj edilib, ya da həmin qadının özünün bilərəkdən və məqsədli şəkildə çəkdiyi makyajdan başqa bir şey deyil".




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol