• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev qiymətləri qaldırıb – Tələbələrdən şikayət

Ramiz Mehdiyev qiymətləri qaldırıb – Tələbələrdən şikayət
01.03.2020 14:21
Azərbaycan Milli Elmlər Akademiyası kitabxanaya abunəlik qiymətini 150 manata qaldırıb…
Bu barədə sosial şəbəkələrdə universitetin tələbələri yazaraq öz etirazlarını bildiriblər.
Tibb Universitetinin tələbələrindən biri Gülzar Qamboyzadə bildirib ki, onlar oxumaq üçün şəraitin azlığından əziyyət çəkirlər:
"Əvvəllər illik ödənişi beş manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. İndi aylıq ödəniş 15 manat olub. Həmçinin, əvvəl aylıq ödənişə 27 iş günü daxil idi, indi isə bunu 20 günə endiriblər. Sadəcə oturub dərs oxumaq üçün 20 günə 15 manat ödəməliyik, bu isə tələbələr üçün kifayət qədər böyük məbləğdir. Biz tibb tələbələri olaraq özümüzü daha çox inkişaf etdirmək, səhiyyəmizə, xalqımıza daha çox fayda verə bilmək üçün günün 12 saatını kitabxanada keçiririk. Tək istəyimiz dərs oxumaq üçün daha şəraitli kitabxana və bunun hər kəs üçün əlçatan olmasıdır”.
Qeyd edək ki, sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti beş manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi. Həmin vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi. (Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol