• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəblərdə dərslər dayandırılsın, sonra gec olacaq" - KORONAVİRUSA GÖRƏ

"Məktəblərdə dərslər dayandırılsın, sonra gec olacaq" - KORONAVİRUSA GÖRƏ
02.03.2020 10:46
Koronavirus təhlükəsinə görə təhsil müəssisələrində dərslər dayandırılmalıdır. 

Yeniavaz.com xəbər verir ki, bu tələblə tanınmış iqtisadçı Qubad İbadoğlu və təhsil eksperti Kamran Əsədov çıxış ediblər.
Q.İbadoğlu sosial şəbəkə vasitəsilə ünvanladığı müraciətini belə əsaslandırıb:

"İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb, Ermənistanda məktəblər sabahdan bağlanır, Gürcüstanda hazırlıq gedir, Azərbaycan yenə də gözləyir. Bu gün mart ayının ilk tədris günüdür, 2 həftədən sonra dərslər qrafik üzrə Novruz tətilinə görə dayandırılacaq. Hal-hazırda görünən odur ki, Nazirlər Kabineti, Təhsil Nazirliyi ictimai tələblərə adekvat reaksiya vermir və yaxın günlərdə bunu etmək məcburiyyətində qalıb qərar versə də onun effekti arxadan atılmış daşa bənzəyəcək.

Yaponiya ötən həftə qərar verərək Mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağladı.

Anoloji qərarı Vyetnam Yaponiyadan əvvəl verib, lakin məktəblər bağlanmamışdan əvvəl şagirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilib.
Ermənistan bu gündən uşaq baxçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə təhsili 1 həftə müddətinə dayandırdı. Məlumat üçün qeyd edim ki, Ermənistanda hələ ki, 29 yaşlı 1 nəfər koronavirusa yoluxub.

Anoloji qərarı bu həftə Gürcüstanın da verəcəyi gözlənilir. Bu gündən Gürcüstanda işləyən beynəlxalq təşkilatlarda əmək fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

İranda məktəblər 1 həftədir ki, qapalıdır, sosial tədbirlər, hətta cümə namazı da təxirə salınıb.

Azərbaycana gəlincə, hesab edirəm ki, ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan) uşaq baxçaları və məktəblər, eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq baxçaları və məktəblər, kollec və Universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmalı, zərurət yaranarsa, bu müddət Novruz bayramınadək uzadılmalıdır.

Bu müddət ərzində bütün təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır. Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlər yerləşdirməlidir".

Təhsil eksperti Kamran Əsədov isə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova yazılı müraciət edib. 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol