• $
  • €
  • ₽
  • ₺
  • £

"Müştərilərə köhnə yeməklər verirlər" - Şadlıq saraylarındakı biabırçılıqlar - Video

"Müştərilərə köhnə yeməklər verirlər" - Şadlıq saraylarındakı biabırçılıqlar - Video
02.03.2020 13:36
Ölkədə restoran və şadlıq saraylarının fəaliyyətindəki çatışmazlıqlar hər zaman müzakirə mövzusu olub. Belə ki, bəzi ictimai iaşə obyektləri istər xidmət keyfiyyətinə, istərsə də qiymətlərinə görə, istehlakçıların narazılığına səbəb olur.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda restoran və şadlıq saraylarında olan bir sıra xoşagəlməz hallar barədə Lent.az -a danışıb. O, bəzi restoranlarda hansı şərtlərlə qonaq qarşılanmasından və bahalıqdan söz açıb.

Birlik sədri həmçinin əksər restoran və şadlıq evlərində zalların görünüşü ilə mətbəxlərinin üst-üstə düşmədiyini dilə gətirib. O, Bakının mərkəzində olan restoranların birində evdə bişirilib gətirilən yeməklərin qızdırılıb müştərilərə verildiyini də bildirib.

Eyyub Hüseynov mətbəxi müştəridən gizlədən restoranlar barədə müvafiq dövlət qurumlarına müraciət etməyi tövsiyə edib.

Sədr bundan əlavə, bəzi şadlıq saraylarında bir neçə gün əvvəldən hazırlanan yeməklərin də müştərilərə verilməsindən söz açıb.

Azad İstehlakçılar Birliyinin sədri Azərbaycanda restoranlarda çoxlu sayda qanun pozuntusu aşkarlanmasına baxmayaraq, onların bağlanmadığını deyib.
 
O həmçinin ölkədə restoranların bağlanma prosesinin sadə olmadığını da dilə gətirib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol