• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlərin sayı açıqlanıb

Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlərin sayı açıqlanıb
02.03.2020 20:30
Övladlığa götürmə ilə bağlı elektron sistemə müraciətlərin sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, elektron sistemin fəaliyyətə başladığı 1 noyabr 2019-cu ildən 27 fevral 2020-ci il tarixinə kimi ümumilikdə 427 müraciət qeydə alınıb. Həmin dövrə kimi qanunvericilik təsdiq olunmadığına görə (övladlığagötürmə sahəsində yeni Qayda 27 fevral 2020-ci il tarixdə təsdiq edilib) bu müraciətlər sorğu xarakterli olub və həmin müraciətlər üzrə valideyn-namizədlərə hazırlanan yeni müvafiq  qanunvericiliyin tələbləri, prosedurlar, tələb olunan sənədlər və yeniliklər barədə məlumat verilib. 

Eyni zamanda məhkəmələr tərəfindən övladlığagötürmə haqqında rəy verilməsi ilə əlaqədar 1 noyabr 2019-cu ildən indiyədək məhkəmələrdən daxil olmuş dörd iş üzrə müsbət rəy verilib, 13 iş üzrə valideyn-namizədlər uçota alınmadan məhkəməyə müraciət etdiklərinə görə məhkəməyə geri qaytarılıb. 
Qeyd dək ki, daxil olmuş işlər əsasən yaxın qohumlar arası övladlığa götürmə ilə bağlıdır. Müsbət rəy verilən 4 iş üzrə övladlığagötürmə yaxın qohumlar arasında olub, övladlığa götürən şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır. Övladlığa götürülən uşaqlardan 3-ü oğlan, 1-i isə qızdır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol