Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.
Anews.az xəbər verir ki, Ziya Bünyadov prospektində "Tofaş” markalı avtomobil "Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin gücündən "Tofaş” üç hissəyə ayrılıb, "Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
(Apa)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib