• $
  • €
  • ₽
  • ₺
  • £

Əhali Azərbaycanda istehsal olunan dərmanlara etibar etmir - Araşdırma

Əhali Azərbaycanda istehsal olunan dərmanlara etibar etmir - Araşdırma
04.03.2020 10:40
SSRİ dağılandan sonra digər sahələrdə olduğu kimi, dərman istehsalında da böhran yarandı. Mövcud istehsal müəssisələri sıradan çıxdı, yenilərinin yaranması uzun illər çəkdi. İstehsal sahələrinin sıradan çıxması bu sahəni inkişaf etdirməli olan mütəxəssis hazırlığını da arxa plana keçirdi.

Amma son illər bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xeyli önəm verilir. Hazırda həm Tibb Universitetində, həm Türkiyədə, həm də digər xarici ölkələrdə müvafiq sahə üzrə mütəxəssislər hazırlanır. Bəs, görəsən, ölkəmizdə dərman preparatlarının istehsal prosesi hansı səviyyədədir?

Bu barədə Yenisabah.az kiçik araşdırma aparıb. Məlumdur ki, dərman insana yaşadığı müddət ərzində ağrıları azaltmaq, ya da müalicə üçün lazım olur.
 
Azərbaycanda dərman istehsalına bir neçə ildir başlanılıb. Əvvəl dərman zavodlarının tikildiyi bildirilsə də, sonradan müəssisələr şəklində fəaliyyət gostərməyə başlayıb. "R-Pharm Rusiya -Azərbaycan", R-Pharm Rusiya -Türkiyə" və. s bu kimi müəssisələr bu kateqoriyaya daxildir. Hazırda sözügedən müəssisələr Pirallahı ərazisində yerləşir. Bu muəssisələrdə kordioloji, nevroloji, psixi və hepatit xəstələri üçün dərman istehsal olunması nəzərdə tutulub.
Yerli istehsala "Herba Flora" da daxildir.
 
"Herba Flora"nın bitki tərkibli dərmanlarını insanlar daha yaxşı tanıyır və alışı da ürəkaçan səviyyədədir. Araşdırma zamanı məlum oldu ki, bitki tərkibli elə kapsullar var ki, qiyməti 8 manatdır və alıcılığı da yüksəkdir. Bu sahədə istehsal və düzgün maarifləndirmə işlərinin öz effektini verdiyinin şahidi oluruq.
 
Bundan başqa, yerli istehsal olan dərmanlardan spirtlər və ağız yaxalayıcı xlorheksidinin qablaşdırması və sızıntısı alıcını ilk baxışdan qorxudur. Yerli istehsal olan pambıq, sarğı və bunun kimi az da olsa istifadə edilən müxtəlif əşya və dərmanlar var ki, onların qiyməti ucuzdur. Təbii ki, bir müddətdir, koronavirusun yayılması səbəbi ilə ölkəmizdə də dizinfeksiya məhsullarının qiymət artımı müşahidə edilir. Hətta, 10 qəpiyə satılan maskaların bəzi yerlərdə 1-2 manata satıldığını müşahidə etmişik.

Eyni zamanda, apteklərdə bu məhsulların tükənməsi də müşahidə olunur. Dövlət zamanla bu sahəyə daha çox diqqət ayırsa, dərmanların da qiyməti ucuzlaşacaq. Lakin, belə bir məsələ var ki, hazırda cəmiyyətimiz yerli istehsal olan dərmanlara inanmır və hətta, insanlar bu dərmanların insan orqanizminə mənfi təsirindən, eyni zamanda, zəhərlənməkdən qorxurlar. Bu isə Azərbaycanda dərman istehsalının inkişafını tormozlayır.

Mütəxəssislər də hesab edirlər ki, bu sahəni xərçəng, ürək, qaraciyər və s. ağır xəstəliklərin müalicəsində istifadə olunan dərmanların istehsalı ilə dirçəltmək mümkündür. Bunun üçün isə Azərbaycanda yetərli texniki baza mövcud deyil. Bu isə o deməkdir ki, dərman idxalı zamanı xaricə axan valyuta axınının qarşısını hələ uzun illər almaq mümkün olmayacaq.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol