• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ərzaq problemi ola bilərmi?

Azərbaycanda ərzaq problemi ola bilərmi?
05.03.2020 10:07
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Azərbaycanın iqtisadi tərəfdaşı olan, xüsusilə cənub zonasının bir çox ərzaq ehtiyatlarının təmin olunduğu İranla sərhədlərin bağlanması ölkəmizdə ərzaq təhlükəsizliyini gündəmə gətirir.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov bildirib ki, koronavirus ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir edir:

"Azərbaycan da bu baxımdan istisna deyil. Gec də olsa İranla sərhədlərimizin bağlanması virusun yayılmasının qarşısını aldı. Bu qərar vaxtında verilsəydi, daha yaxşı olardı, viruslu xəstələr ölkəmizə daxil olmazdı. Amma indiki məqamda bağlanıb və buna görə ərzaq təhlükəsizliyilə bağlı ciddi problem yaşanacağını düşünmürəm".

İqtisadçı deputat qeyd edib ki, əgər hər hansı ərzaq təhlükəsi ehtimalı olsaydı, cənab Prezident bununla bağlı dərhal addım atardı:

"Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ən ciddi məsələlərdən biridir. Biz də İran və digər dövlətlərdən bir çox ərzaq məhsulları idxal edirik. Amma indiki məqamda Azəraycanda kifayət qədər taxıl, ərzaq ehtiyatları var, mağazalarda da bolluqdur. Bu baxımdan qısamüddətli dövr üçün hansısa problem gözlənilmir. Belə bir təhlükə hiss olunsaydı, cənab Prezident əlahiddə tədbirlərlə bağlı göstəriş verərdi.

Ümid edək ki, koronavirus təhlükəsi tez bir zamanda sovuşacaq. Düşünürəm ki, dünyanın əksər dövlətlərində bu virus yayıldığından sərhədlər nə qədər bağlı qalsa, qorunsa, o qədər yaxşı olar".

V.Əhmədov möhtəkilərin fürsətdən istifadə edib bahalaşmaya getməsini pisləyib:

"Bizdə bəzi fürsətcillər var ki, xüsusi günlərdə, bayramlarda, yaxud indiki situasiyadakı kimi heç bir iqtisadi əsası olmadan bahalaşmaya gedirlər. Ümid edirəm ki, aidiyyatı qurumlar, hüquq müfahizə orqanları məsələyə diqqəti artıracaqlar. Məndə olan məlumata görə, ölkə başçısının xüsusi tapşırğından sonra dövlət qurumları bahalaşamaya qarşı birgə iş aparır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol