• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti 45 dollara qədər ucuzlaşa bilər – Bədbin proqnoz

Neftin qiyməti 45 dollara qədər ucuzlaşa bilər – Bədbin proqnoz
28.05.2020 19:15
Son günlər neftin qiyməti yenidən ucuzlaşıb.

Hazırda "Azeri Light" markalı neftin bir barelinin qiyməti 54,32 ABŞ dolları təşkil edir. Neftin qiymətində müşahidə olunan ucuzlaşma nə vaxta qədər davam edəcək? Qiymətlər kritik həddə çata bilərmi?

Bununla bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, neftin qiyməti bir qədər də ucuzlaşsa, bunun mənfi təsirini cəmiyyət də hiss edəcək:

"Beynəlxalq Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun açıqlamalarına görə, dünya iqtisadiyyatında iqtisadi aktivlik 0,4-0,5% azalıb, ticarət dövriyyəsi azalıb, ümumiyyətlə turizmdə 30%-ə yaxın geriləmə var. Bunların hamısı neftə olan tələbatı azaldır. İqtisadi aktivliyin zəifləməsi neftin qiymətini aşağı salır. Baxmayaraq ki, OPEK-lə Rusiya çalışır ki, müxtəlif müdaxilərlə və inzibatı qərarlarla qiyməti qaldırsınlar, burada da problem yaşanır. Çünki ümumilikdə iqtisadi aktivlik zəifləyibsə, inzibatı yol ilə qiyməti qaldırmaq çətinləşir. Vyanada iki gündür ki, OPEK ölkələri və Rusiya arasında toplantı gedir. Lakin ortaq məxrəcə gələ bilmirlər. Neftin qiyməti həm də virusun nə qədər yayılmasından və problemin nə qədər uzun çəkəcəyindən asılıdır. İndi neftin qiyməti təqribən 51-52 dollar həcmindədir. Amma virusla əlaqədar daha pis xəbərlər yayılarsa, neftin qiymətinin 50 dollardan 45 dollara düşmək ehtimalı çox yüksəkdir".

Ekspert bildirib ki, Azərbaycan üçün hələ ciddi təhlükə yoxdur: "Azərbaycan büdcəsi bu il üçün neftin qiymətini 55 dollar nəzərdə tutub. Hazırda neftin qiyməti bu qiymətdən aşağıdır. Hələ ki bu o qədər də böyük təhlükə deyil. Amma təhlükənin böyümək ehtimalı var. Əgər qiymətlər arasında 10 dollar fərq yaransa, bu, iqtisadiyyatımıza kifayət qədər mənfi təsir göstərəcək. Büdcəyə daxil olmalarda, valyuta ehtiyyatlarında azalmalar müşahidə olunacaq. Ona görə hələlik izləmək lazımdır ki, hansı səviyyəyədək neftin qiyməti düşəcək və bu vəziyyət nə qədər davam edəcək. Əgər neftin qiyməti 50 dollardan aşağı düşsə və bir neçə ay belə qalsa, bunun iqtisadiyyata ciddi təsiri olacaq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol