• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib

Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib
05.03.2020 18:30
"Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır".

Bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-nın sorğusuna cavabında deyib.

A. Əliyev bildirib ki, nazirlikdə yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıb, araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir: "Nazirlikdə sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb".

A. Əliyev qeyd edib ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır: "İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol