• $
  • €
  • ₽
  • ₺
  • £

Mahmudovun gəlini milyardlıq mülkdə yaşayır...

Mahmudovun gəlini milyardlıq mülkdə yaşayır...
07.03.2020 09:49
Britaniyanın "Bloomberg” nəşri İngiltərədə yüksək səviyyəli korrupsiya işinin fiqurantları olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva haqqında geniş məqalə hazırlayıb.

"Yeni Sabah”ın məlumatına görə, nəşr qeyd edir ki, Britaniya müstəntiqləri Cahangir Hacıyevin çoxsaylı ofşor adaları vasitəsi ilə Azərbaycandan İngiltərəyə on milyonlarla dollar pul çıxardığını müəyyən ediblər.

2008-ci ildə Cahangir Hacıyevin rəsmi gəliri 70650 dollar olub, lakin buna baxmayaraq, o, İngiltərədə dörd böyük torpaq sahəsi əldə edib. Və onun "Gulfstream” təyyarəsinin qiyməti 42,5 milyon dollardır. Bundan əlavə, o, 13 milyon dollara bir qolf klubu və Sardiniyada villa alıb. Onun həyat yoldaşı isə "Harrods” ticarət mərkəzində 20 milyon dollar xərcləməsi ilə məşhur olub.

Mahmudovun gəlini milyardlıq mülkdə yaşayır: hacıyevlərin maliyyə fırıldağını araşdırıblar

Britaniya müstəntiqləri əmindirlər ki, Cahangir Hacıyevin sərvəti 100 milyon dollardan çox olub. 2018-ci ildə istintaq orqanları Zamirə Hacıyevanın hesablarının dondurulmasına qərar verərək, vəsaitin mənşəyini izah etməyi tələb ediblər.

"Bloomberg” qeyd edir ki, Cahangir Hacıyevin aktivlərinin idarə olunmasında Werner Capital mühüm rol oynayıb. Onun lideri Tomas Mateos Wernerdir. O, MDB ölkələrindən gələn varlı ailələrə maliyyə xidmətləri göstərib.

Cahangir Hacıyevlə bağlı aparılan istintaq işlərində Sürixdə yerləşən EFG International AG özəl bankının və Cənubi Afrika Investec Ltd şirkətinin də adı çəkilir. Bu şirkətlərin adları azərbaycanlı bankirin apardığı maliyyə əməliyyatları ilə əlaqədar də xatırlanır.

Cahangir Hacıyev əvvəlcə müşavirinə 5 milyon dollar verib. Bu pulla İtaliyanın Sardiniya əyalətindəki Costa Smeralda-da bir villa alınıb. Bu əməliyyatda Cahangir Hacıyevin qızı Leyla Mahmudovanın adı çəkilir. "Bloomberg” yazır ki, bu ərazidə yalnız milyarderlər yaşayırlar. Bu milyarderlər arasında ruslar daha çoxdur. Hətta iş o yerə çatıb ki, rus milyarderlərinin mənəvi ehtiyaclarını ödəyə bilmələri üçün orada onlar üçün bir Pravoslav kilsəsi də tikilib.
Mahmudovun gəlini milyardlıq mülkdə yaşayır: hacıyevlərin maliyyə fırıldağını araşdırıblar

Agentlik bildirir ki, bu işdə 59 yaşlı keçmiş məmur Xəqani Bəşirovun da adı çəkilir. Onun fransız pasportu var və o, Lüksemburqda yaşayır, amma Londonda da ofisi var. O, 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankından götürülmüş 109 milyon dolları qaytarmadığı üçün həbs olunmuşdu, lakin beş ay sonra sərbəst buraxıldı. Xəqani Bəşirov on milyonlarla dolların Azərbaycandan çıxarılmasında iştirak edib.

Agentliyin məlumatında vurğulanır ki, İngiltərədə Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Onu yalnız Azərbaycan maliyyə fırıldaqlarında günahlandırır və Britaniyadan onu təhvil verməsini tələb edir. İngiltərə tərəfi isə ötən ilin sentyabrında bu məsələdə Azərbaycana rədd cavabı verib.(Virtualaz.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol