• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni icra başçıları nə qədər maaş alacaq? - MƏBLƏĞ

Yeni icra başçıları nə qədər maaş alacaq? - MƏBLƏĞ
07.03.2020 10:28
Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ölkə başçısının digər sərəncamı ilə Nahid Bağırov İsmayıllının icra başçısı vəzifəsi postuna gətirilib.

Oxu.Az Mirhəsən Seyidov və Nahid Bağırovla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin aktuallığını nəzərə alıb, onların aylıq nə qədər maaş alacağı ilə bağlı kiçik araşdırma aparıb.

Qeyd edək ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyən olunur.

Şəhər və rayonlar üzrə icra başçılarının maaşları əhali sayına uyğun olaraq təyin edilir.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı 990 manat maaş alır.

Ən son məlumatlara görə, Neftçalanın əhalisi 88 min nəfərdən çoxdur. Deməli, Mirhəsən Seyidovun aylıq əmək haqqı 990 manat olacaq.

İsmayıllı rayonunun əhalisi isə 86 min nəfərdən çoxdur. Bu baxımdan Nahid Bağırovun da maaşı 990 manat olacaq.

Onu da əlavə edək ki, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

İcra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol