• $
  • €
  • ₽
  • ₺
  • £

Dərslər mayın 1-dək təxirə salınır? - RƏSMİ AÇIQLAMA

Dərslər mayın 1-dək təxirə salınır? - RƏSMİ AÇIQLAMA
08.03.2020 17:10
"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır”.
Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”, - deyə o bildirib.

16:37
"Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-dək uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, bu, tamamilə yanlış xəbərdir.
İ.Məmmədov xatırladıb ki, dünən Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb:
"Bu müddətin mayın 1-nə qədər uzadılması barədə yayılmış xəbər isə tamamilə yalandır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol