• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyadan qayıda bilməyən azərbaycanlı müəllim: “Köməyə ehtiyacımız var”

İtaliyadan qayıda bilməyən azərbaycanlı müəllim: “Köməyə ehtiyacımız var”
11.03.2020 11:12
İtaliyanın Sapienza Universitetində təhsil alan İngilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə "Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir.
 
T.Hüseynova vəziyyətin acınacaqlı olduğunu söyləyib:
 
"Buraya magistr təhsil almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Ləkidə dərs deyirdim deyə gecikdim. Noyabrdan buradayam. Hazırda burada bütün iş yerləri bağlanıb, "part-time” iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır. Otellər, restoranlar işə götürmür.
 
Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər bağlanıb. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələki keçməyib. Pulun olmadığı halda burada karantin vəziyyətdə qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə təqaüdlər verilməyib.
 
Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub. Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər.
 
Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan şagirdlərin çoxu ölkələrinə qayıtmaq istəyir, "Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi. Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub olmadığı soruşuldu.
 
Elə bir sualdır ki, mən utanıb "ehtiyac yoxdur” demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki, Çində yaşayan tələbələrə evakuasiya xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq. Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir.
 
Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxin müəllimə kimi çalışmışam, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm”.
 
Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkid kəndində İngilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməyi ilə məşhurlaşıb.Axşam.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol