Bakı polisi daha bir narkotaciri 5 kq narkotiklə yaxaladı

Bakıda narkotika alverçisi külli miqdarda narkotiklə yaxalanıb.
Trend-in məlumatına görə, bununla bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib. Əməliyyat qrupunun daxil olan məlumat əsasında Lökbatan qəsəbəsi ərazisində keçirdiyi əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində əqsirləndirilərək məhkum olunan 1972-ci il təvəllüdlü N.Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az
























