• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL və “Buta”dan alınan biletləri belə geri qaytra bilərsiniz - ŞƏRTLƏR

AZAL və “Buta”dan alınan biletləri belə geri qaytra bilərsiniz - ŞƏRTLƏR
28.05.2020 21:23
Əvvəl də bildirildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycanın Milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinindən verilən məlumata görə, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, növbəti əlavələr də daxil edilir:

- Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar "Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;

- Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;

- AZAL və "Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

- Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.

Hal-hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmalarını xahiş edirik. Bütün sərnişinlərə cavab veriləcək, biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaq.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması : https://help.azal.az/hc/az/requests/new (https://help.azal.az/hc/az/requests/new) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaq.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol