• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdəki general Akif Çovdarova koronavirus əngəli

Həbsdəki general Akif Çovdarova koronavirus əngəli
15.03.2020 23:42
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.
Hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən proses əvvəl yanvarın 30-na təyin edilmişdi. Sonra isə bu tarix yenidən dəyişdirildi. Ən son bilgiyə görə, məhkəmə sədrinin qərarı ilə proses bu dəfə martın 30-dək ertələnib. A. Çovdarovdan başqa onun vaxtilə "sağ əli" sayılan polkovnik Səlim Məmmədovun da şikayətinə baxılmalıdır.
Anews.az musavat.com-a istinadən bildirir ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında Akif Çovdarov və daha 3 nəfərə məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Maraqlıdır ki, A. Çovdarov apelyasiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətini ötən ilin ortalarında geri götürsə də, 2019-cu ilin oktyabrında yenidən Ali Məhkəməyə şikayətlə müraciət edib.
S. Məmmədov istintaqa verdiyi ifadəsində A.Çovdarovu "ələ verib". O, xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək bildirib ki, səhhətində yaranmış problemlərlə bağlı Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq təqaüdə çıxarılmasını xahiş etsə də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb cırıb atıb.
O bildirib ki, fəaliyyəti müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalıb, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

S.Məmmədov əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, maddi məsul şəxs olmayıb.
Məhkəmə də S.Məmmədov sensasion faktlar açıqlamışdı. O, 579 adam tutduğunu, amma heç birinin evində axtarışda kobudluq etmədiyini söyləmişdi. O, məhkəmədə özü ilə yanaşı, Akif Çovdarovu, keçmiş nazir Eldar Mahmudovu da müdafiə etmişdi. Məsələn, deyib ki, onlar daim "dövlətə, dövlətçiliyə xidmət edib": "Çıxarılacaq hökmdən asılı olmayaraq , yenə dövlətçiliyə sadiq qalacağıq. Keçmiş "MTN-çi" olmur".
Ali Məhkəmədə prosesin uzun müddətə təxirə salınmasında qeyri-adi heç nə yoxdur. Çünki son qərarverici orqan olduğu üçün şikayət predmet üzrə ətraflı araşdırma tələb edilir. Başqa bir ehtimala görə isə ölkədə koronavirus təhlükəsi ilə bağlı elan olunmuş karantin planlarına məhkəmə prosesləri də daxil edilib. Məlumdur ki, xəstəlik təhlükəsi ilə bağlı həbsxanalarda dustaqlarla, müvəqqəti təcridxanalarına isə təqsirləndirilən və ya apelyasiya şikayəti vermiş məhkumlarla görüş qadağan olunub. Bu qadağa yalnız vəkillərə aid deyil. Gözlənilir ki, karantin lə bağlı gətirilmiş məhdudiyyət məhkəmə proseslərinə də şamil ediləcək. Bu qadağa artıq qonşu Türkiyədə qüvvəyə minib, bütün məhkəmə prosesləri ən azı bir ay müddətinə təxirə salınıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol