• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən qayıdanlar karantinə yerləşdiriləcək - RƏSMİ

Türkiyədən qayıdanlar karantinə yerləşdiriləcək - RƏSMİ
16.03.2020 09:44
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahından Anews.az-a verilən məlumata görə, Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycan Respublikasına gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək:
 
"Azərbaycana qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.
 
Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcəkdir:
 
- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;
 
- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;
 
- Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;
 
- Yaşlı olan, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.
 
Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.
 
İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol