• $
  • €
  • ₽
  • ₺
  • £

Diqqət: İctimai iaşə müəssisələrində dezinfeksiya necə aparılmalıdır?

Diqqət: İctimai iaşə müəssisələrində dezinfeksiya necə aparılmalıdır?
16.03.2020 10:02
İctimai iaşə müəssisələrində qida ilə təmas edən səthlərin, avadanlıqların təmizlənməsi zamanı əvvəlcə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yumaq, sonra təmiz və ya içməli su ilə durulamaq və təmiz dəsmalla qurulamaq lazımdır.

Dezinfeksiya zamanı isə seçilmiş və tətbiqinə icazə verilən dezinfeksiyaedici vasitə ilə səthi islatmaq, dezinfeksiyaedicini üzərində olan təlimata uyğun olaraq tətbiq etmək, dezinfeksiyaedicini səthdə etiket məlumatında qeyd edilən müddətdə saxlamaq, təmiz nəm dəsmal ilə qurulamaq gərəklidir.

Anews.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Metodiki göstərişlərdə bildirilir ki, ictimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərə inzibati binanın ərazisi, binanın daxilində olan bölmələr, mətbəx və emal sahələri, yemək qəbulu salonu, sanitar məişət otaqları (sanitar qovşaq, duş, soyunub-geyinmə), anbarlar, masa və stulların səthləri, pəncərələr və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapılar və qapı tutacaqları, mətbəx avadanlıqları, təmizlik üçün istifadə olunan inventarların saxlanıldığı bölmələr və sair aiddir.

Dezinfeksiyaedicilərin qida ilə təmas edən səthlərdə istifadəsi zamanı onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə dezinfeksiyaedici kimi hidrogen peroksid, ozon, perasetik turşu və ya peroksisas turşusu, fosfor turşusu, kalium hidroksid, natrium hidroksiddən istifadə edilə bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol