• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib - RƏSMİ

Dağlıq Qarabağda 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib - RƏSMİ
16.03.2020 10:33
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.
 
Modern.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.
 
Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan "Dağlıq Qarabağ” atlasında qeyd edilib.
 
M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:
 
"Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında "Кавказскаго края” adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb.
 
M.Bayramov Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün "Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi” və "Azərbaycan hidronimləri xəritəsi”ni alimlərlə birlikdə hazırlayıb nəşr ediblər:
 
"Müəssisəmizdə nəşr edilən "Azərbaycanın tarixi atlası”, "Azərbaycan Səfəvilər dövləti (XVI əsr)” , "Qafqaz 1903-cü il” və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, "Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol