• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kişi arvadını xəyanətdə günahlandıraraq öldürdü - MƏHKƏMƏ

Bakıda kişi arvadını xəyanətdə günahlandıraraq öldürdü - MƏHKƏMƏ
17.03.2020 12:25
Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Faiq İbrahimovun barəsində hökmdən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, F.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

Xəstəxanada qeydiyyatçı işləyən Xavər İbrahimova aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. O, məhkəmədə deyib ki, həyat yoldaşını öldürmək niyyəti olmayıb:

"Xavər işləyən xəstəxanada həkimə getmişdim. Həkim orada olmadığına görə qayıtdım. Xəstəxanadan çıxanda Xavər məni çağırdı. Söhbət zamanı mübahisə elədik. O, xəyanət etdiyini təsdiqlədi. Nalayiq ifadə işlətdi. Onu necə vurmağımı xatırlamıram".

Məhkum olunmuş şəxs ibtidai istintaqdakı ifadəsində qadının saçından tutaraq yerə uzatdığını, boynunu kəsmək istədiyini də bildirib.

O, X.İbrahimovanın Rəşad Rəsulov adlı şəxslə münasibətdə olduğunu bildirsə də, şahid qismində ifadə verən R.Rəsulov mərhumla yaxın, səmimi, dost münasibətində olduğunu deyib.

F.İbrahimova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə ittiham verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol