• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Xırdalanda aqrar məhsullarının satış yarmarkaları martın 19-dək davam edəcək

Bakı və Xırdalanda aqrar məhsullarının satış yarmarkaları martın 19-dək davam edəcək
17.03.2020 19:00
Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

"Aqrar Tədarük və Təchizat” ASC-dən "APA-Econommics”ə verilən məlumata görə, martın 19-dək keçiriləcək yarmarkalar Bakının Yasamal (Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi), Binəqədi (Süleyman Sani Axundov 5B), Nərimanov (Gənclik metrosunun yanı), Suraxanı (Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi) rayonlarında və Xırdalan şəhərində (Heydər Əliyev prospekti 41A) keçirilir.

Yarmarkalara 200-ə yaxın fermer tərəfindən satışa müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlərin tənzimlənməsinə, satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aparılır. Yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.

Qeyd edək ki, Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Hər gün bir neçə dəfə fermerlərin temperaturu ölçülür, koronavirus təhlükəsinə qarşı mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilir.

Mütəmadi olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Yarmarkaların keçirildiyi məkanlarla yanaşı, ASC-nin bütün regional idarələri və anbarlarında, "Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol