• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: “Vətəndaşlar koronavirusla mübarizədə hökumətin gördüyü tədbirlərə dəstək verməlidir”

Millət vəkili: “Vətəndaşlar koronavirusla mübarizədə hökumətin gördüyü tədbirlərə dəstək verməlidir”
17.03.2020 20:00
"Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır”.

Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və mübarizə xarakterli tədbirlər ardıcıl olaraq davam etdirilir:

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti bu problemlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib”.
Millət vəkili qeyd edib ki, ölkədə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin diqqətdən qaçmamalıdır ki, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz”.

Millət vəkili qeyd edib ki, koronavirus son günlər Avropa ölkələrində çox sürətlə yayılır və yoluxma halları getdikcə artmaqdadır: "Bu səbəbdən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunur. İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyada ən qabaqcıllardan hesab olunur. Amma o ölkələrin səhiyyəsi də virusun qarşısını almaqda acizdir. Ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən zəruri tədbirlər davam etdirilir. Amma əsas məsələlərdən biri bu tədbirlərə ictimai dəstəyin göstərilməsidir. Yəni bu tədbirlərin effektivliyini maksimum dərəcədə təmin etmək üçün vətəndaşların iştirakı və dəstəyi lazımdır. Eyni zamanda, əhali sosial şəbəkələrdə yayılan qeyri-ciddi məlumatlara deyil, rəsmi mənbələrin informasiyasına inanmalıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol