• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda otellər virusla bağlı karantin mərkəzinə çevirilir

Bakıda otellər virusla bağlı karantin mərkəzinə çevirilir
19.03.2020 17:18
Bakıda fəaliyyət göstərən üç və dörd ulduzlu otellərin koronavirus təhlükəsiylə əlaqədar boşaldıldığına dair məlumatlar yayılıb. İddialara görə, mümkün təhlükəni önləmək üçün onlarla lüks otel hazırlıq vəziyyətinə gətirilib. 


Bu məlumat rəsmən təsdiqlənməsə də, cəmiyyət tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkələrdə tanınmış ictimaiyyət nümayəndləri də bu təşəbbüsə dəstək veriblər. 

Otellərin özəl biznes strukturu olmasına baxmayaraq, koronavirusla mübarizədə istifadə edilməsi doğrudan müsbət addımdır. Bu, həm də dünyaya həmrəylik nümayişi sayıla bilər. 

Bəs otellər karantin məkanı kimi istifadə edilə bilərmi? Tibb mütəxəssisləri hesab edir ki, bu mümkündür. "Əvvəla, otellərdə sanitariyaya və gigiyenik qaydalara ciddi riayət olunur. Bu da koronavirusla mübarizədə önəmli amildir. İkincisi, otellər digər karantin məkanlarından fərqli olaraq cansıxıcı deyil. Hər halda karantində olan şəxs prixoloji cəhətdən özünü rahat hiss edəcək ki, bu da sağalma prosesinə müsbət təsir göstərəcək”, - deyə mütəxəssislər qeyd edir. 
Koronavirus pandemiyası üzünüdən sərhədlərin qapadılması otellərin demək olar ki, fəaliyyətsiz duruma salıb. Bir halda ki, artıq ortada biznes yoxdur, o zaman nədən otel sahibləri belə xeyirxah addım atmasınlar? İstisna deyil ki, dövlət də bu məsələdə otel sahiblərinə gərəkən dəstəyi verə bilər.

Turizm məsələləri üzrə ekspert Çingiz İsmayıl da Yenisabah.az-a bildirib ki, bununla bağlı hər hansı qadağa yoxdur: "Otellər özəl olduğu üçün bu məsələni sahibkar müəyyən etməlidir. Bununla bağlı hər hansı qadağa yoxdur. Otelçilik özəl sektordu, dövlət burda nəyisə qadağan edə bilməz. Əgər dövlət otellərdən karantin yeri kimi istifadə etmək istəsə, təbii ki, sahibkarlar da adekvat addım atacaqlar”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol