Azərbaycanda DƏHŞƏT: ana və oğlu bayram tonqalında yandı

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Ağalıkənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Kamran Vasif oğlu Əsgərov qaladığı bayram tonqalına düşüb. Bu zaman onu ocaqdan uzaqlaşdırmaq istəyən anası, 1971-ci il təvəllüdlü Fərqanə Ağanəcəf qızı Azadova da onunla birlikdə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. K.Əsgərovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
www.anews.az
























