• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin ayırdığı bir milyard vəsait necə idarə olunacaq?

Prezidentin ayırdığı bir milyard vəsait necə idarə olunacaq?
28.05.2020 21:37
Koronavirusun ölkə iqtisadiyyatına neqativ təsirini aradan qaldırmaq üçün prezident Sərəncamı ilə 1 milyard manat həcmində vəsait ayrıldı. Sərəncam əsasında koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Sərəncam əsasında 4 İşçi Qrupu (İQ) yaradılacaq.

Qaynarinfo xəbər verir ki, sərəncamı şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, birinci İQ pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılacaq. İQ 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları hazırlayacaq, həmin meyarlar üzrə hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim edəcək. 

İQ eyni zamanda pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

İkinci İQ Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq. Bu İQ 25 gün müddətində ölkədə fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlayacaq.

Üçüncü İQ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq və Qrup 1 ay müddətində pandemiyanın ölkədə yarada biləcəyi məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə təkliflər hazırlayacaq.

Dördüncü İQ Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılacaq və ölkənin makroiqtisadi sabitliyin qorunub saxlanmasına məsul olacaq. Qrup 2 ay müddətində pandemiyanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək və təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Təkliflərdə aşağıdakılar əksini tapacaq:

Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;

ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər;

Nazirlər Kabineti isə öz növbəsində işçi qrupların rəhbərlərinin təklifləri əsasında hər bir İQ-nin tərkibini iki gün müddətində təsdiq edəcək, onların fəaliyyətini əlaqələndirəcək və verilmiş təklifləri ümumiləşdirərək vahid tədbirlər planını təsdiq edərək ölkə Prezidentinə təqdim edəcək. Nazirlər Kabineti eyni zamanda ayrılacaq vəsaitin mənbəyi barədə təkliflərini on gün müddətində prezidentə təqdim edəcək.

İşçi qruplarına dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri daxil ediləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol