• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Nazirlər Kabinetinin qərarını qulaqardına vuranları cəzalandırdı - FOTO

Polis Nazirlər Kabinetinin qərarını qulaqardına vuranları cəzalandırdı - FOTO
27.03.2020 17:21
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti saat 09.00-dan 15.00-dək müəyyən edilib.
 
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, bəzi kafe və restoranların xüsusi karantin rejimin tələblərinə məhəl qomayaraq nəzərdə tutulmayan saatlarda fəaliyyət göstərməsinə rast gəlinir:
 
"Bu kimi neqativ halların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxt və bölgələrdə nəzarət tədbirləri daha da gücləndirilib. Sonuncu belə tədbir zamanı Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi 4A ünvanında yerləşən "Locco” çay evi, N.Paşayev küçəsində yerləşən "Qorodok” kafesində müəyyən saatlardan kənar müştərilərə xidmət göstərildiyi müəyyən edilib.
 
Həmin obyektlərin sahibləri barəsində ərazi polis orqanlarında qanuni tədbirlər görülüb.
 
Nəzərinizə çatdıraq ki, tətbiq edilən bu qadağada əsas məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır".
 
Qeyd edilib ki, xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol