• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
01.04.2020 17:03
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1” səviyyəsində təsdiqləyib. Dünyada yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu "neqativ” dərəcəsində müəyyənləşib.

"Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1” olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi təzyiq şəraitində Bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7 mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1 (kapitalın yetərliliyi) göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, - deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı bildirilir. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol